Xəbər lenti

Fransa Rusiya və ABŞ-la birgə Azərbaycan və Ermənistan arasında sülh razılaşması üzərində çalışır.

Axar.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Ann Luyo deyib.

O, bu prosesdə Minsk Qrupunun hər üç həmsədr ölkəsinin iştirak etdiyini bildirib:

“Mən Ermənistandayam və ATƏT-in Minsk Qrupunun işində iştirak etmirəm. Artıq deyə bilərəm ki, Nyu Yorkda inkişaf qeydə alınıb. Biz xarici işlər nazirlərinin görüşünü məmnuniyyətlə təşkil etdik. Bu, böyük addımdır. Ümid edirəm ki, buna bənzər başqa addımlar da olacaq”, - deyə o bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 045          Tarix: 13-10-2021, 09:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma