Xəbər lenti

Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasət ABŞ başda olmaqla, Qərbi qane etmir.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanın “Qraparak” qəzetində bununla bağlı yayılan məlumatda N.Paşinyanın idarəçiliyindən hətta “Sorosçular”ın da narazı olduğu bildirilir. 

Belə ki, əvvəllər Paşinyan hökumətinin istənilən qərar və addımlarını dəstəkləyən və Qərb təşkilatlarından maliyyələşən mətbu orqanların bir çoxu artıq baş nazir də daxil olmaqla, hökumət üzvlərini tənqid etməyə başlayıblar.

Qəzet yazır ki, ABŞ-ın Ermənistana yeni təyin olunan səfiri Linn Treysinin hakimiyyətyönlü siyasi qüvvələrlə yanaşı, müxalifət təmsilçiləri və bitərəf siyasi təşkilatlarla da görüşləri intensivləşib.

Xəbər verilir ki, bu görüşlərdə ABŞ səfiri Paşinyan hökumətini açıq şəkildə tənqid edir. Səfir xüsusilə söz azadlığı və insan haqları sahəsində aparılan siyasəti tənqid edərək, bu sahədə ciddi geriləmələrin olduğunu söyləyir.

Ancaq bir sıra siyasi təhlilçilər bunların bəhanə olduğunu və Qərbin Paşinyandan narazılığının kökündə daha çox onun xarici siyasətinin durduğunu iddia edirlər. Buna səbəb kimi onun Rusiyanın Ermənistana təsirlərinin azaldılması və İranla əlaqələr kimi məsələlərdə Qərbin nəzərdə titduğu xəttə tam uyğun siyasət yürüdə bilməməsi göstərilir.



Ana səhifəyə qayıt        Baxış: 3 267          Tarix: 21-10-2021, 13:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma