Xəbər lenti

 
İran Xarici İşlər naziri Hüseyn Əmir-Abdollahyan  Azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
 
Ovqat.com-un İran səfirliyinə istinadən verdiyi məlumatına görə, tərəflər telefon danışığında ikitərəfli əlaqələri müzakirə ediblər.
 
Söhbət zamanı iki nazir arasında son konstruktiv təmaslara toxunan Əmir Abdullahyan Azərbaycan Respublikasında saxlanılan iki iranlı sürücünün azad edilməsini yüksək qiymətləndirib və bu hərəkəti anlaşılmazlıqların aradan qaldırılması üçün lazımi zəmin hazırlaya biləcək konstruktiv addım adlandırıb.
 
Abdullahyan həmçinin növbəti müsbət addımlar atmağa və İran yük maşınlarının Azərbaycan Respublikası ilə sərhədyanı ərazilərdə hərəkətini asanlaşdırmağa çağırıb.
 
Əmir Abdullahyan telefon danışığında iki ölkənin gələcəyinə müsbət baxmağın vacibliyini və müştərək iqtisadi komissiyasının ən qısa zamanda aktivləşməsini arzuladığını vurğulayıb.
 
İran Xarici İşlər naziri qeyd edib ki, Tehran Bakı ilə ikitərəfli münasibətləri daha da inkişaf etdirmək və dərinləşdirmək əzmindədir.
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə hər iki ölkənin atdıqları müsbət addımları, iki iranlı sürücünün sərbəst buraxılmasını, İranın müvafiq orqanlarının sərhəd trafik qanunları ilə bağlı əmrini tərəflər arasındakı anlaşılmazlığın aradan qaldırılması üçün bir mesaj olaraq gördüyünü bildirib və alqışlayıb.
 
Azərbaycanın Xarici İşlər naziri iki ölkə arasında birgə iqtisadi layihələrin müəyyən edilməsini də müsbət təsirlər kimi qiymətləndirib və iki ölkə arasında birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasına çağırıb.
 
 Söhbətin sonunda tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
 
Qısası, İran Xarici İşlər naziri münasibətlərimizin normallaşması üçün Gorus-Qafan yolunun pulsuz-parasız cənub qonşumuzun ixtiyarına verilməsinin şərt olduğunu dolayısıyla Bakının diqqətinə çatdırıb. Azərbaycan tərəfi isə incə diplomatik üslubla  bu kimi ilkin şərtləri bir kənara atmağı məsləhət bilib və cənub qonşumuzu diqqətini birgə iqtisadi əməkdaşlığa yönəltməyə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 6 025          Tarix: 23-10-2021, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma