Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
İranın Ermənistandakı səfiri Abbas Zohuri yenə ermənilərlə necə “can bir qəlbdə” olduqları barədə uzun-uzadı danşandan sonra Azərbaycanı da ittiham etməyi unutmayıb.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, səfir Zohuri mətbuata açıqlamasında Azərbaycanın Gorus-Qafan yolu ilə hərəkət edən İran maşınlarından rüsum almasının doğru olmadığını bildirib. Səfir deyib ki, müharibədən sonra bu yolun açıq saxlanmasıyla bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında razılıq olub: “Rusiya, Ermənistan və Azərbaycan arasında danışıqlara görə, bu yol yeni yol tikilənə qədər əvvəlki statusunda fəaliyyət göstərməliydi. Lakin təəssüf ki, bir müddət əvvəl Azərbaycan əvvəlcə yolu iki günlüyə bağladı, açandan sonra isə İran yük maşınlarından rüsum alınır”. Görünür, Ermənistanda işlədiyinə görə ermənilərin xislətinə yoluxan İran səfiri “gəmidə oturub gəmiçilik etmək” istəyir.
Əvvəla, 10 noyabr üçtərəfli sazişində Gorus-Qafan yoluna aid heç bir ayrıca bənd yoxdur.
İkincisi, doğrudan da sözügedən yol müharibədən sonra Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra Rusiyanın vasitəçiliyi və xahişilə Azərbaycan tərəfi həmin yoldan yeni yol çəkilənə qədər ermənilərin istifadəsinə icazə vermişdi. Lakin orada deyilmirdi ki, bu yoldan İran yük maşınları da istədikləri kimi istifadə edəcək, bu da azmış kimi, hələ oradan keçib, Laçın dəhlizi ilə Qarabağdakı separatçılara müxtəlif təyinatlı yüklər də daşıyacaqlar.
Nəhayət, Nikol Paşinyanın özü Azərbaycan Gorus-Qafan yolunu məlum səbəblərdən bağlayanda, parlamentdəki çıxışında bildirdi ki, həmin yolla bağlı üçtərəfli razılaşma olsa da, orada xarici maşınlarla bağlı heç bir razılıq olmayıb. Yəni səfirin dediyi razılaşmada İranın bu yoldan kefi istədiyi kimi istifadə etməsinə dair heç nə olmayıb. Ancaq İran səfiri ermənidən betər ermənilik edərək, həqiqəti danır və Azərbaycan tərəfinə şər atmaqdan da çəkinmir.
Ancaq kim nə deyir-desin, nə İranın, nə də başqa birisinin Azərbaycan ərazilərində qanunlarımızdan kənar bir addım belə atması yolverilməzdir. Odur ki, kimlərinsə 30 illik işğal zamanı olduğu kimi, ərazilərimizdən istədikləri kimi sağdan-sola, soldan-sağa şütüməsi, istədiyini etməsi dövrü bitdi!
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar