Xəbər lenti

 
 “Son 30 ildə biz həmişə Azərbaycan Respublikasının işğalına qarşı olmuşuq və bu ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını vurğulamışıq”.
 
Ovqat.com
xəbər verir ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini özünün “qırmızı cizgisi” hesab edib  etirazını bildirən İran XİN-nin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
 
O, Azərbaycanı işğal altındakı torpaqları azad etməsinin ildönümü münasibəti ilə təbrik edib və İran rəsmilərinin indiyədək verdikləri bəyanatların rəsmi Bakı tərəfindən səhv anlaşıldığına eyham vuraraq deyib:
 
 “Bu vəziyyətdə bəzi anlaşılmazlıqların aradan qaldırılması vacibdir və iki ölkənin iradəsi problemləri həll etmək və əlaqələri gücləndirməkdir və ümid edirik ki, bu münasibətlər daha da inkişaf edəcək və mediada yaranmış anlaşılmazlıqlar aradan qalxacaq”.
 
Qeyd edək ki, rəsmi Bakı tərəfindən “yalnış anlaşılan” məsələlər Ərdəbil mollabaşısı ayətullah Amilinin “şir quyruqlu” təhdidləri ilə başladı. Daha sonra SEPAH işğaldan azad olunan ərazilərin paralelində “Xeybər fatehləri” adlı hərbi təlim keçirərək, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsinə qarşı tövrünü ortaya qoydu. Ardınca da İran parlamentinin deputatı Əli Rezayi İRNA-ya verdiyi açıqlamada Zəngəzur dəhlizinin açılmasını Tehranın qırmızı cizgisi olduğunu elan etdi. Təhdidlər bununla da qalmadı. İran dini lideri ayətullah Xamaneyinin ortaya çıxıb Azərbaycanı “şillə” ilə təhdid etməsi münasibətlərdə əndazənin aşılması demək idi.
 
Beləcə, qarşılıqlı mübahisələr münasibətlərin kəskin şəkildə pisləşməsinə qədər gəlib çıxdı. İran XİN-nin sözçüsünün Azərbaycanı qələbə münasibərilə təbrik etməsi İranın artıq yeni reallıqla barışması anlamına gəlir.
 
 


Ana səhifəyə qayıt        Baxış: 6 175          Tarix: 8-11-2021, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma