Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
“Rusiyanın Ermənistana münasibəti məntiqlə götürsək dəyişməlidir. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl keçirilməsi nəzərdə tutulan görüşü boykot etdi və müzakirələrin Avropada baş tutmasına nail oldu”.
Bunu “Report”a açıqlamasında politoloq, professor Qabil Hüseynli deyib.
“Amma o da sirr deyil ki, rəsmi Moskva həmişə İrəvanın yanında olub. Nikol Paşinyana görə mövqeyini tam dəyişməyəcək. Soçidə Putin obyektivlik nümayiş etdirməyəcəyi təqdirdə Azərbaycanın qınaqları ilə üzləşə bilər. Hətta görüşün pozulması da mümkündür. Odur ki, mən Kremldən tərəfsizlik gözləyirəm. Başqa cür olsa, onun moderatorluq səyləri nəticə verməyəcək. Fikrimcə, Soçidə kommunikasiyaların açılması, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı müəyyən razılıqlar əldə oluna bilər. Biz istənilən halda növbəti antiterror əməliyyatlarına başlaya bilərik. Ordumuz buna hazırdır. Amma çalışmaq lazımdır ki, sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması diplomatik yolla həllini tapsın”, - politoloq bildirib.
Q.Hüseynli həmçinin vurğulayıb ki, ermənilərin növbəti təxribatı gözləniləndir. “Hər an təxribat baş verə bilər. Buna hazır olmalıyıq. Çünki ermənilər qüsurlu millətdirlər, başqalarına qarşı nifrət qanlarına hopub. Bu mənada ermənilərdən hər şey gözləmək olar. Xüsusilə nəzərə almalıyıq ki, onlara dəstək verən qüvvələr də az deyil. Deməli, diqqətli olmalıyıq”.
Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Nikol Paşinyan noyabrın 9-da baş tutması gözlənilən görüşə getməməklə, xarici siyasətində Qərbə meyillənməklə Rusiyaya qarşı hörmətsizlik etmişdi. Bu isə tərəflər arasındakı münasibətlərə təsir edə bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar