Xəbər lenti
Dünən, 22:30
Dünən, 20:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:34
Dünən, 14:53
Dünən, 13:19
Dünən, 10:38
22-01-2025, 23:24
22-01-2025, 21:00
22-01-2025, 19:21
22-01-2025, 18:52
22-01-2025, 17:09
22-01-2025, 16:21
22-01-2025, 15:34
22-01-2025, 14:37
"Açıq Səma Müqaviləsində iştirak Rusiyaya heç bir xeyir vermirdi”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Moskvanın 1992-ci ildə ATƏT-ə üzv dövlətlər tərəfindən imzalanan Açıq Səma Müqaviləsindən çıxmasına münasibət bildirərkən deyib:
"Rusiya bu müqavilədən çıxmağa məcbur olub. Ümumiyyətlə, Moskvanın belə bir müqavilədə iştirak etməsi Rusiyaya iqtisadi və siyasi cəhətdən heç bir xeyir vermirdi. İkincisi, Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Yeni sanksiyalar da gündəmə gəlib. Belə vəziyyətdə bir növ Rusiya da ona müxtəlif vasitələrlə müqavimət göstərməyə çalışır. Nə qədər bacarırsa, o qədər də müqavimət göstərir. Bundan başqa, Rusiya özü yeni dünya düzənində iştirak etmək istəyir. Daha doğrusu, aktor olmaq istəyir. Buna isə Qərb imkan vermir. Rusiyanın bu addımının ona uğur gətirib gətirməyəcəyini indi söyləmək çətindir. Bunu gələcək göstərəcək. Amma hər halda hələlik Rusiya gücü çatan qədər müqavimət göstərməyə çalışır. Belarus da Rusiya ilə ittifaqda olduğundan bu addıma gedib”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər