Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
ABŞ Açıq Səma müqaviləsindən geri çəkildi.
Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sədr müavini Keyl Braun bu gün yaydığı yazılı açıqlamasında belə deyib.
Bəyanatda Donald Tramp administrasiyasının 22 May 2020-ci il tarixində müqavilədən geri çəkilməyə qərar verdiyi xatırladılıb və əlavə edilib ki, qərarın həyata keçirilməsi üçün tələb olunan 6 aylıq müddətin bitdi: “ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxma qərarı 22 Noyabr 2020 tarixindən etibarən qüvvəyə mindi. O, artıq müqavilənin subyekti deyil”.
Xatıladaq ki, ABŞ prezidenti Tramp mayın 22-də Rusiya öz vəzifələrini yerinə yetirməsə, Açıq Səma Sazişindən çıxacaqlarını açıqlamışdı.
Rusiyanın həmin müqavilədən doğan hansı vəzifələri yerinə yetirməməsinə isə NATO-nun Baş katibi Yens Stoltenberq bu cür aydınlıq gətirmişdi: “Rusiya Kalininqrad bölgəsi və Gürcüstan sərhədi üzərindəki kəşfiyyat uçuşlarına qoyulan məhdudiyyətləri ləğv edərsə, ABŞ yenidən Açıq Səma Müqaviləsinə (ASA) qayıda bilər”.
ATƏT ölkələri arasında bağlanan Açıq Səma müqaviləsi 1992-ci ildə imzalanıb. Məqsəd kütləvi qırğın silahlarının məhdudlaşdırılması üzərində razılığa gələn tərəflərin bir-birinə güvənini artırmaq üçün ölkə sərhədləri üzərində kəşfiyyat uçuşları aparılmasına izn vermək idi.
ABŞ-ın müqavilədən imtina etməsi böyük maliyyə yükü tələb edən kütləvi qırğın silahlarının istehsalına yenidən başlayacağı anlamına gəlir. Rusiya da məcburən onunla yarışmalıdır. Bu isə son zamanlar ciddi maliyyə sıxıntısı çəkən Moskvanı daha çətin vəziyyətə sala bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar