Xəbər lenti

Pakistanın Baş naziri İmran Xan bildirib ki, ölkəsi humanitar böhranın qarşısını almaq üçün Əfqanıstan xalqına hərtərəfli dəstək verməyə hazırdır.

Pakistanın “The Express Tribune” saytı xəbər xəbər verir ki, Əfqanıstan üzrə Ali Komitənin üçüncü iclasına sədrlik edərkən Baş nazir aidiyyəti orqanlara xüsusilə tibb, informasiya texnologiyaları, maliyyə və mühasibatlıq sahələrində ixtisaslı və təlim keçmiş işçi qüvvəsi ixrac etməklə Əfqanıstanda humanitar böhranın qarşısını almaq üçün dost ölkələrlə ikitərəfli əməkdaşlığı araşdırmağı tapşırıb.

O, həmçinin Əfqanıstanın reabilitasiyası və inkişafına kömək etmək üçün dəmir yolları, minerallar, əczaçılıq və media sahələrində əməkdaşlığı genişləndirməyi tapşırıb.

Bu arada Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzai Twitter hesabında Pakistan hökumətinin Əfqanıstana ixtisaslı və təlim keçmiş işçi qüvvəsi göndərmək təklifinə reaksiya verərərk, “Baş nazir İmran Xanın Əfqanıstana xarici işçi qüvvəsi, xüsusən də Pakistan işçi qüvvəsi göndərilməsi təklifini alqışlayırıq, lakin belə işçi qüvvəsinə ehtiyac yoxdur” deyib. Keçmiş Prezident həmçinin “Taliban”ın Kabildəki müvəqqəti hökumətini iş imkanları yaratmağa çağırıb və deyib ki, gənclərin işə götürülməsi həm də hazırda mühacirətdə olan əfqan qaçqınlarının və peşəkarların geri qayıtmasını asanlaşdıracaq.

L.SƏMLA

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 616          Tarix: 17-01-2022, 17:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma