Xəbər lenti

Rəsmi Moskvanın sülh müqaviləsi üzrə dialoqdan çıxmaq qərarı ilə əlaqədar Yaponiya Rusiyaya etiraz notası göndərib.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bu barədə mətbuat konfransında bildirib: “Biz etiraz notası göndərdik. Bu qərar tamamilə əsassızdır və tamamilə qəbuledilməzdir”.

Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Moskva Tokionun dostca olmayan addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina edir, Yaponiya vətəndaşlarının cənubi Kuril adalarına vizasız gediş-gəlişini dayandırır və cənubi Kuril adalarında birgə iqtisadi fəaliyyətlərin yaradılması haqqında Yaponiya ilə dialoqdan çəkilir.



Ana səhifəyə qayıt        Baxış: 3 554          Tarix: 22-03-2022, 19:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma