Xəbər lenti

“Azərbaycan indi Ermənistanı dəvət edir ki, regional inkişafın tərkib hissəsi olsun, bunun üçün imkanlar var. Bu, onlar üçün xeyirlidir”.

Bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın enerji resurslarına çıxış əldə edə bilər.

“Eyni zamanda, Ermənistan beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısı ola bilər”, - deyə İlham Əliyev əlavə edib.
11:10
Biz Qarabağı yenidən inşa edirik. Biz iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik. Çünki bu olmadan böyük miqdarda maliyyə resurslarının ayrılması asan olmayacaq.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

“Eyni zamanda, biz Qafqazda sülh gündəliyini müdafiə edirik. Mən düşünürəm ki, bu yolda təşəbbüslər bizim əlimizdədir. Bu təşəbbüslər sülhə xidmət edir və etməlidir”, - dövlət başçısı qeyd edib.
11:08
Tezliklə Azərbaycan-Ermənistan birgə işçi qruplarının görüşü keçiriləcək.

Bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
10:57
“Ötən ilin iyununda Prezident Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Şuşa Bəyannaməsi imzalanması bizim qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində müttəfiq olduqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Şuşa Bəyannaməsi biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”.
10:56
“Qarşımızda duran ən mühüm məsələlərdən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yeni reallıqları daha da gücləndirmək, regionla bağlı strategiyamızı və vizyonumuzu təqdim etməkdən ibarət idi. Beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi də çox əhəmiyyətli idi və bu da baş verdi”.

 Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Azərbaycanın, həmçinin Qafqazda yeni dövrü – sülh və əməkdaşlıq dövrünü təşviq etdiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsipi təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib.

 Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Düşünürəm ki, bütün bunlar İkinci Qarabağ müharibəsindən sonra baş verən pozitiv siqnaldır”.
10:52

“Bizim indi əsas diqqətimiz Qarabağın necə bərpa edilməsinə və işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin necə geri qaytarılmasına yönəlib”.

 Bunu Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib.

“Eyni zamanda, biz beynəlxalq təşkilatların Cənubi Qafqazda yeni reallıqdakı regional inkişafa töhfə vermələrini dəstəkləyirik”, - deyə İlham Əliyev qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 3 639          Tarix: 29-04-2022, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma