Xəbər lenti

“Biz nüvə qoşunlarımızın döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.

O, NATO-nun Rusiyaya qarşı bütün hərbi potensialından istifadə etdiyini bildirib.

“NATO qüvvələri və hərbi vasitələri ilə bağlı bütün məlumatlar təhlil edilməli və Rusiya Silahlı Qüvvələrinin təşkilində istifadə olunmalıdır”, - deyə Putin qeyd edib.

Putin Rusiyanın hərbi potensialını artıracağını bildirib.

“Rusiyanın hər yerində və onun yeni torpaqlarında xalqın təhlükəsizliyi təmin olunacaq. Ordumuzun maliyyələşdirilməsində heç bir məhdudiyyətimiz yoxdur”, - deyə o vurğulayıb.

Putin həmçinin nüvə qoşunlarının döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəklərini qeyd edib. O, qitələrarası raket sarayının inşa olunacağını və yaxın gələcəkdə öz missiyasına başlayacağını da əlavə edib.

Mənbə: Haber Global




Ana səhifəyə qayıt        Baxış: 2 606          Tarix: 21-12-2022, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma