Xəbər lenti

ABŞ dövlət katibi Entoni Blinken İsrailin yeni xarici işlər naziri Eli Koendən  Rusiyaya mesaj çatdırmasını istəyib.

Yenisabah.az "The Times of İsrael"ə istinadla xəbər verir ki, Koen rusiyalı vəzifədaşı Sergey Lavrovla danışıb və ona mesajlar çatdırıb.

Mənbə Amerika mesajlarının nədən ibarət olduğunu açıqlamayıb. Dövlət Departamenti də sorğuya cavab verməyib.

İsrailin xarici işlər naziri Lavrovla danışacağını deyib. O, ukraynalı vəzifədaşı Dmitri Kuleba ilə planlaşdırılan söhbəti açıqlamayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 694          Tarix: 3-01-2023, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma