Xəbər lenti

Özünü Qarabağ separatçılarının “dövlət naziri” elan edən milyarder Ruben Vardanyan Xankəndidə yaşayan ermənilərə humanitar yardım göstərildiyini etiraf edib.

Oxu.Az-ın məlumatına görə, erməni əsilli Rusiya vətəndaşı bu baradə “Byline Times”a müsahibəsində danışıb.

“Biz Qırmızı Xaç Cəmiyyətindən və Rusiya sülhməramlılarından azuqə alırıq”, - deyə o, bildirib.

Beləliklə, Vardanyan Xankəndidə yaşayan ermənilərin “blokada”da olduğu barədə tezisləri təkzib edib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə öz bəyanında ABŞ-nin ATƏT-dəki sədrinin “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldandığını bildirib. 

“Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi”, - deyə A.Hacızadə “Twitter” hesabında yazıb.




Ana səhifəyə qayıt        Baxış: 3 956          Tarix: 7-01-2023, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma