Xəbər lenti

"Rusiya Federasiyasının silahlı qüvvələri bütün tədbirləri görür ki, Qərbin Ukraynadakı planları baş tutmasın".

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu misirli həmkarı Sami Şükrü ilə birgə mətbuat konfransı keçirən Rusiya XİN başçısı Sergey Lavrov deyib.

"Rusiya Ukraynanı ölkənin təhlükəsizliyi üçün daha böyük təhlükəyə çevirmək cəhdlərinin qarşısını almaq üçün lazımi tədbirlər görür. Qərb BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tüpürməyə və hərbi güc tətbiqinə keçməyə üstünlük verir. NATO uzun müddətdir ki, Rusiyaya qarşı hibrid müharibədə birbaşa iştirak edir", - deyə o bildirib.

"Biz İranın Türkiyə ilə Suriya arasında nizamlanma üzrə yeni təmaslarda iştirakını məntiqli hesab edirik. Suriya ilə Türkiyə arasında nizamlanma üçün yeni təmasların səviyyəsi və formatı hazırlanır, addım-addım irəliləməliyik. Rusiya İran ətrafında yaranmış gərginlikdən narahatdır", - deyə nazir əlavə edib.

Rusiya və Misir Fələstin-İsrail danışıqlarının yenidən başlamasının zəruriliyinə çağırıblar.




Ana səhifəyə qayıt        Baxış: 2 976          Tarix: 31-01-2023, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma