Xəbər lenti

“Qərb ölkələri İranın nüvə proqramının inkişafına mane olmağa çalışırlar”.

“Qafqazinfo” IRNA-ya istinadən xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamenei bildirib.

Onun sözlərinə görə, bu sənaye ölkənin əhəmiyyətli tərəqqisinin açarıdır.

“20 ildir ki, düşmənlər (Qərb ölkələri) nüvə silahı haqqında söhbətlərin arxasında gizlənərək, nüvə sənayemizin inkişafına əngəllər yaradırlar. Onlar bilirlər ki, biz İslam doktrinasını rəhbər tuturuq və nüvə silahı yaratmağa çalışmırıq. Amma belə olmasaydı, onlar bizi dayandıra bilməzdilər”, - Xamenei qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 009          Tarix: 11-06-2023, 22:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma