Xəbər lenti

"Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində Ukrayna üzrə yeni sülh danışıqları keçirilə bilər.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Danışıqların növbəti mərhələsi sentyabrda Nyu-Dehlidə keçiriləcək G20 liderlərinin sammitindən əvvəl baş tutacaq.

Cənub ölkələrindən heç biri Ukrayna ilə bağlı növbəti danışıqlarda Rusiyanın iştirakını tələb etməyib. Bununla belə, Braziliya nümayəndə heyətinin rəhbəri Selso Amorim bildirib ki, sülh prosesinə Rusiya bu və ya digər formada daxil edilməlidir.




Ana səhifəyə qayıt        Baxış: 2 130          Tarix: 6-08-2023, 23:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma