Xəbər lenti

Ermənistandakı “Xaçlılar” dəstəsinin komandiri Sərkis Poqosyan Azərbaycanı təhdid edib.

Axar.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

O qeyd edib ki, bu gün saat 18:00-a qədər Xankəndiyə yol açılmasa, yolun açılması üçün güc tətbiq edəcəklər.

Məlumata görə, onlar hazırda saylarının çoxalmasını gözləyirlər. Bildirirlər ki, avtobusla yük avtomobilləri dayanan əraziyə (Kornidzora) gələrək, yolu açmağa çalışacaqlar. Ermənistan hökuməti onların toplaşdığı əraziyə polis qüvvələri cəlb edib.

Separatçı "jurnalist" Mika Badalyan isə bildirib ki, təşkilatçılar Azərbaycan mövqelərinə atəş açmaq da daxil olmaqla, istənilən tədbiri görməyə hazırdırlar.

Qeyd edək ki, artıq saat 20:00-a yaxınlaşır.

***

Azərbaycanın sərhədinə güc tətbiq etmək üçün toplaşan aksiyaçıları Ermənistanın xüsusi təyinatlı polis qüvvələri dağıdır.




Ana səhifəyə qayıt        Baxış: 4 106          Tarix: 8-08-2023, 21:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma