Xəbər lenti

“Ölkəmiz NATO-ya üzv olmağa tam hazırdır”.

“Report” xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström deyib.

“Biz indi Ankaranın üzvlük ərizəmizi ratifikasiya etməyini gözləyirik. İsveç keçən il müdafiə alyansına qoşulmaq üçün müraciət etsə də, Türkiyə və Macarıstan hələ də bu təklifi təsdiqləməyib”, - o söyləyib.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.

İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib. Lakin Türkiyə parlamenti hələlik bunu təsdiqləməyib.




Ana səhifəyə qayıt        Baxış: 2 881          Tarix: 8-09-2023, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma