Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət edib.

AZƏRTAC xəbər verir ki, bu dəvəti Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib. O deyib:

"Rusiya və Azərbaycan əsas çoxtərəfli platformalarda, o cümlədən BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirirlər. Oktyabrda İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində "autriç" formatında görüşdə görməyə şad olacağıq".




Ana səhifəyə qayıt        Baxış: 3 430          Tarix: 19-08-2024, 18:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma