Xəbər lenti

Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron Brüsseldə keçirilən görüşdə Ukraynada xarici qoşunların yerləşdirilməsi ilə bağlı müzakirələr aparıblar.

Musavat.com xəbər verir ki, Zelenski görüşdən sonra özünün Telegram kanalında bu barədə açıqlama verib:

"Prezident Makronun Ukraynada sülhə doğru irəliləyişi dəstəkləyə biləcək qüvvələrin iştirakı ilə bağlı təşəbbüsünün müzakirəsini davam etdirdik. Emmanuel digər tərəfdaşlarla ünsiyyətləri haqqında məlumat verdi və sülhə nail olmaq üçün bütün zəruri addımların həyata keçirilməsi üzərində işlədik”.

Zelenski Fransa Prezidenti ilə keçirdiyi təkbətək görüşü məhsuldar adlandırıb. O, Makrona Ukraynanın hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin əsas prioritetlərdən biri olaraq qalmasını çatdırıb. Bundan əlavə, Zelenski Makronla Ukraynanın daha bir hərbi briqadasının Fransada təlim görməsi barədə razılığa gəldiklərini bildirib.

Hər zaman müharibədən yana olan, Ermənistana qucaq açıb Cənubi Qafqazda sabitliyin yaranmasına qarşı çıxan Makronun Ukraynada hansı sülhə nail olacağı isə düşündürücüdür.




Ana səhifəyə qayıt        Baxış: 2 676          Tarix: Bu gün, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma