Xəbər lenti

"Hazırda, istintaqın getdiyi bir vaxtda Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı fərziyyələr qurmaq düzgün deyil".

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə çıxışı zamanı deyib.

"Hazırda istintaq gedir, istənilən aviasiya hadisəsi xüsusi aviasiya orqanları tərəfindən araşdırılmalıdır. Bu təhqiqatın bitməsini gözləmək lazımdır", - deyə Kreml nümayəndəsi bildirib.

"İstintaqın nəticələrindən əvvəl hər hansı bir fərziyyə qurmaq düzgün olmazdı və biz, əlbəttə ki, bunu edə bilmərik və heç kim də bunu etməməlidir", - deyə o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 654          Tarix: Dünən, 15:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma