Xəbər lenti

"İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə bir sıra tələblər irəli sürüb ki, onların yerinə yetirilməməsi bu ölkə üçün ağır nəticələrə səbəb ola bilər. Əhmədian, həmçinin vurğulayıb ki, İran Ermənistandan Aİ-nin casus missiyasını başa çatdırmasını gözləyir. İrəvan Tehranın şərtləri ilə razılaşdığı halda, İran rəsmisi bunun müqabilində iki ölkə arasında müdafiə paktının bağlanmasını təklif edib ki, bu paktda İran silahlı qüvvələrinin Ermənistan ərazisinə yeridilməsi kimi elementlər də var".

Oxu.Az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalındakı süjetində bəhs edilir.

"Amma gəlin bütün bunlar barədə ardıcıl danışaq. 2023-cü il oktyabrın 7-də Yaxın Şərqdə başlayan böyük müharibə İran İslam Respublikası üçün böyük və hətta bərpası mümkün olmayan itkilərlə nəticələndi. SAXAL-ın zərbələri nəticəsində Tehranın onilliklər ərzində yaratdığı müqavimət oxu məhv olmağa başladı. Beləliklə, Qəzzada HƏMAS tamamilə məhv edilməsə də, ciddi şəkildə zəiflədi", - məqalədə qeyd olunur.




Ana səhifəyə qayıt        Baxış: 42          Tarix: Dünən, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma