Xəbər lenti

“Rusiya lideri Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın görüşünə hazırlıqla bağlı Moskva və Vaşinqton arasında hazırda heç bir əlaqə yoxdur. Lazım gələrsə, iki ölkənin müvafiq qurumları rəhbərlik arasında əlaqəni təşkil edəcək”.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalisti Pavel Zarubinə açıqlamasında deyib.

“Əgər bu fikirdədirlərsə və belə bir görüşü hazırlamaq istəsələr, təklifləri gözləyəcəyik. Top onların meydançasındadır. Əlaqələrimizi, müntəzəm məsləhətləşmələrimizi kəsən biz deyildik.

İstək olarsa, hər şey mümkündür, hansısa təmas qurmaq üçün siyasi iradə olarsa, aidiyyatı xidmətlərin hər şeyi təşkil edəcəyinə şübhəm yoxdur”.

Lavrov qeyd edib ki, bu mövzu hələ də qeyri-müəyyən mərhələdədir.

Tramp Newsmax-a verdiyi son müsahibəsində vəzifəyə gəldikdən sonra Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib.

O, əvvəllər belə bir görüşün prezidentliyinin ilk altı ayında baş tuta biləcəyini demişdi. Öz növbəsində Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals ABC News telekanalına müsahibəsində Rusiya lideri ilə ABŞ-ın yeni seçilmiş prezidenti arasında telefon danışıqlarının yaxın gələcəkdə mümkünlüyünü bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 863          Tarix: Dünən, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma