Xəbər lenti

Corcio Kafiero

“Al-Monitor” (ABŞ)

 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dekabrın 5-də Səudiyyə Ərəbistanı ilə yeni bir ortaqlığının elanını verdi. Bəzi müşahidəçilərə görə, bu hərəkət Küveytin əmrini oyundan kənar qoymağa yönəlmişdi. Məlum açıqlama Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Küveyt zirvəsindən əvvəl verildi. Yalnız Küveyt və Qətərin dövlət başçılarının qatıldığı zirvə iki saat içində çökdü və qeydlərə ən uğursuz KƏŞ topölantısı olaraq düşdü. Beləliklə, Küveytin altı ay davam edən Qətər böhranı zamanı vasitəçi olma səyləri nəticəsiz qaldı.

Yeni BƏƏ-Səudiyyə ortaqlığı Qətər böhranının davam etdiyi bir mühitdə KƏŞ-ə alternativ olaraq ortaya çıxıb. Ancaq onun 1981-ci ildə Ərəbistan yarımadasının altı dövləti tərəfində qurulan KƏŞ-in yerini tutub-tutmayacağını söyləmək hələ çox tezdir.

BƏƏ-Səudiyyə ortaqlığının əsas məqsədi KƏŞ-in altı üzv arasında təmin etməyə çalışdığı hərbi, iqtisadi, mədəni və siyasi mövzularda iş birliyini artırmaqdır.

Yeni tərəfdaşlıq BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında sıx birləşməni əks etdirir. Əbu-Dabinin vəliəhd-şahzadəsi Məhəmməd Bin Zaidə görə, iki dövlət adi diplomatik əlaqələri aşıb və artıq bütövlük sayıla bilər.

Yaxın Şərqdə çalxalanmaların davam etdiyi, bölgənin saysız-hesabsız təhdidlər altında olduğu bir dövrdə BƏƏ və Səudiyyə Ərəbistanı bölgəyə son dərəcə oxşar lupadan baxır, diqqətlərini təhlükəsizlikdə cəmləşdirir və İranla Qətərə qarşı vahid mövqe tutur. BƏƏ və Səudiyyə Ərəbistanı regiondakı əsas qeyri-dövlət aktyorlarına qarşı eyni təhlükə hissi var. Bunlar Yəməndəki üsyançı Husi hərəkatı, Livan “Hizbullah”ı, İraq və Suriyadakı İran dəstəkli şiə milislər, İŞİD və “əl-Qaidə”nin qollarıdır.

Bin Zaid və Səudiyyə Ərəbistanının vəliəhd-şahzadə Məhəmməd Bin Səlman son dərəcə yaxın bir əlaqəyə sahibdirlər. BƏƏ-Səudiyyə yaxınlığında artım da bu əlaqələrin böyük bir nəticəsidir. Zaid və Məhəmməd dövründə qərar vermə səlahiyyəti hər iki tərəfdə əhəmiyyətli ölçüdə əlaqələndirilmiş oldu ki, bu da BƏƏ ilə Səudiyyə Ərəbistanının gedərək aqressivləşən xarici siyasətində iki şahzadənin oynadığı baş rolu vurğulayır.

Digər üzvlərin alternativ KƏŞ-ə daxil edilib-edilməyəcəyi hələ aydın deyil. Bəhreynin iştirakı yüksək ehtimaldır. Çünki Bəhreyn Səudiyyə xarici siyasətinin ağır təsiri altındadır, həmçinin neft qiymətlərinin 2014-cü ildəki enişindən qaynaqlanan nisbi qeyri-sabitlik və iqtisadi çətinliyin olduğu bir dövrdə Riyadın təhlükəsizlik və iqtisadi dəstəyinə bel bağlayır.

Bir sözlə, Bəhreyn Səudiyyə Ərəbistanına çox yaxındır.

Ada-dövlət olan Bəhreyn, Səudiyyənin öndərliyində qurulan təhlükəsizlik mərkəzli başqa blok və koalisiyalara da qatılıb: Terror Əleyhinə Dördlük (TƏD), Yəməndəki hərbi koalisiya və bundan da əlavə, Terrorla Mübarizə üzrə İslami Hərbi İttifaq (TMİHİ) kimi tanınan 41 üzvlü Hərbi Terrorla İslami Mübarizə Koalisiya (HTİMK).

BƏƏ-Səudiyyə tərəfdaşlığı Küveytə və Omanla necə əlaqəli olacağı daha çox geosiyasi məsələdir. Küveyt və Oman KƏŞ-in iki "tərəfsiz" dövləti kimi, İran və İraq daxil olmaqla, Bəsrə körfəzindəki bütün ölkələrlə yaxşı əlaqələr davam etdirmək istəyir. Bu, xüsusilə Oman üçün mühümdür.

Şübhəsiz, Küveyt və Oman rəhbərləri BƏƏ-Səudiyyə blokunda iştirak edən hər kəslə yaxın müttəfiq qalmaq istəyir, lakin Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətər və İran əleyhdarı xarici siyasəti xoş qarşılamırlar. Bölgədə hər kəslə nisbi səmimi və isti əlaqələrə sahib olan Küveyt və Oman, bir tərəfdən, bu əlaqələri tarazlamağa çalışır, digər tərəfdən də, Yəmən savaşı kimi məzhəb əsaslı qarşıdurmalarda tərəf tutmaq yerinə, problemlərin dialoqla həll edilməsini müdafiə edirlər.

Hazırda, məlum olduğu kimi, Yəməndə Körfəzin böyük gücləri bir-biri ilə qarşıdurmadadır.

KƏŞ-in qurucu üzvü və HTİMK / TMİHİ-nin 41-ci üzvü olan Oman, Yəməndə Səudiyyə liderliyindəki hərbi koalisiyaya və TKD-yə qatılmayıb. Omanın Qətər və İranla əlaqələri artır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin bu əlaqələrdən uzaqlaşmasına imkan verilmir. Çünki iqtisadiyyatının neftə asılılığını azaldıb şaxələndirməyi istəyən Oman üçün Qətər və İranla iqtisadiyyat və enerji sahəsində sahib olduğu əlaqələr kilid əhəmiyyət daşıyır.

BƏƏ-Səudiyyə ortaqlığına iştirak dəvəti gələrsə, Küveyt və Omanın necə hərəkət edəcəyini zaman göstərəcək. Bu iki ölkə Qətər böhranında bağlı qapılar arxasında vasitəçiliyə inanır və bu mənada döyüşün həlli mövzusunda ümidlərini qoruyur.

Küveyt və Oman BƏƏ-Səudiyyə ortaqlığını KƏŞ-ə alternativ olaraq görəcəkmi, yoxsa bu cəhdi KƏŞ-i bölən, Qətər düyünündə uzlaşmanı əngəlləyən yeni bir ünsür kimi qiymətləndirəcək?

Bu suala cavab hələ aydın deyil.

Gəlinən nöqtədə Qətər böhranına müdaxilə olanların çözümdə uğursuz qalması bölgədə hər kəsi yeni axtarışlara itələyir. Alternativ platformalar, alternativ koalisiya 36 il əvvəl KƏŞ tərəfindən qoyulan hədəflərə çatmaq üçün yenilənib. BƏƏ, yeni bir ortaqlıq elan edərək öz gündəmi və siyasəti ilə əməkdaşlıq edərək KƏŞ üzvləri ilə birlikdə çalışacağı siqnalı verir. Bu yeni ortaqlığı şəkilləndirəcək ortaq mücadilə belə xülasə edilə bilər: İranın artan nüfuzuna qarşı çıxmaq; Qətər öz xarici siyasətini TKD-nın diplomatik və iqtisadi əlaqələrinə uyğunlaşdırmayana qədər, onu Körfəz ailəsindən çıx-daş etmək…

KƏŞ-in 36 illik tarixinin dib nöqtəsi bu ayrı-ayrı zirvələrdən sonra yeni BƏƏ-Səudiyyə tərəfdaşlığı iki ölkənin mənfəətinə necə xidmət edəcək və digər KƏŞ üzvlərin bu prosesdən necə təsirlənəcəyini gözləyək.

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 874          Tarix: 16-12-2017, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma