“Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu, Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. 2 ermənidən biri seçkiyə getməyib”.
Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda keçirilən növbəıdənkənar parlament seçkilərinə münasibət bildirərkən deyib.
“Bəs niyə belə aşağı fəallıq olub?”, – sualına cavab verən Elxan Şahinoğlu deyib ki, bu, Ermənistandakı keçmiş seçkilərin kütləvi saxtakarlıqla keçdiyinə işarədir: “Keçmiş prezidentlər və hakim partiya administrativ rerursdan gen bol istifadə edir, seçki günü rəqəmləri şişirdirdi. İndi isə seçki məntəqəsinə nə qədər seçici gəlib, o qədərinin də statistikası aparılıb. Belə çıxır ki, əvvəlki illərdəki seçici passivliyi daha böyük miqyasda olub”.
Politoloq deyib ki, Nikol Paşinyan siyasi həyata canlanma gətirib, ancaq bu seçici marağını artırmadı:
“Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiyanın qələbə çaldığı aşkardır, o, təkbaşına hökuməti formalaşdırmaq imkanı qazanacaq. 20 ildən sonra “Qarabağ klanı” rəsmən hakimiyyətdən uzaqlaşdırıldı. Paşinyan qısa müddət ərzində təkbaşına hökuməti formalaşdıracaq. Qarşıda onu 3 çətin vəzifə gözləyir:
1. Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmasa cəbhə bölgəsində vəziyyət gərginləşəcək, üstəgəl Qarabağdakı girovlarımızın “hamının hamıya” dəyişdirilməsini uzada bilməyəcək;
2. İstisadi islahatlar aparmaq üçün əlavə vəsaitə ehtiyac var, o biri tərəfdən də Ermənistanın artan xarici borc problemini həll etməlidir;
3. Xarici siyasət kursunu müəyyənləşdirməlidir, Rusiya və Qərb arasında vurnuxması Moskvanın xoşuna gəlmir, ancaq Qərbə yaxınlıq da Paşinyana xüsusi divident vəd etmir”.
Paylaş: