Yəni Avropa bütünlüklə deyil, qitənin şimalı təmsil oluna bilər. Şimal ölkələri ənənəvi olaraq sülhməramlı əməliyyatların iştirakçılarıdır.
- Gəlin Azərbaycanla Ermənistan arasında bağlanmış sülh müqaviləsinə toxunaq. Dünən müxalifətdə olan Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan sülh sazişi layihəsinin bir hissəsini dərc edərək, onu “qalmaqallı” adlandırıb. ERP keçmişdə iqtidarda olan nüfuzlu partiyadır. Ola bilsin ki, dərc olunmuş mətn Aşotyana Ermənistan hökumətindəki mənbələrdən gəlib. Orada deyilir ki, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanıyır, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi Azərbaycanın Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq tənzimlənəcək. Bəs problem nədir?
- Məsələ burasındadır ki, fikrimcə, bir neçə ildir hakimiyyətdə olan Nikol Paşinyan inkişaf edib, ayıq siyasətçiyə çevrilir və “yerdə gəzir” - ingilis dilində belə bir ifadə var. O, artıq təxəyyülündə “böyük Ermənistan”la bağlı heç bir kreativ layihə təsəvvür etmir. Paşinyan anlayıb ki, hər iki tərəfə uyğun şərtlərlə danışıqların vaxtı çatıb. Bu isə təbii ki, erməni müxalifətini dəhşətli dərəcədə narahat edir. Onu hansısa yolla devirməyə, baş nazirlikdən uzaqlaşdırmağa çalışırlar, amma buna nail ola bilmirlər. Paşinyanın populyarlığı, xüsusən indi, danışıqlar apara bilən siyasətçiyə çevrildiyi və əsaslı mövqe tutduğu zaman böyükdür. Hesab edirəm ki, sülh yolu ilə nizamlanma uzaqda deyil.
- Əslində Nikol Paşinyanın populyarlığından danışsaq, şübhələr var. Bir müddət əvvəl onun reytinqi aşağı düşüb. Bildirilib ki, sorğulara əsasən, ona əhalinin təxminən 11%-i etimad göstərir.
- Biz ki, sorğuların necə aparıldığını mükəmməl başa düşürük. Kim soruşur, respondentlər kimdir, hansı regionlardan cavab alınır? İrəvanda, bildiyimə görə, Paşinyan o qədər də populyar deyil, lakin Ermənistanın paytaxtından kənarda ona dəstək səviyyəsi yüksəkdir. Erməni elitası onu özününkü hesab etmir, amma rayonların əhalisi onu dəstəkləyir.
oxu.az
Nair Əliyev
Paylaş: