Xəbər lenti

Tamamilə aydındır ki, kifayət qədər böyük miqdarda partlayıcı olmalıdır. Ən azı yarım ton. Belə olan halda müəyyən bir nöqtəyə yönəldilmiş partlayış baş verərsə, o zaman buna bənzər bir dağıntı mümkündür.

Bu sözləri Axar.az-a Rusiyanın tanınmış politoloqu, hərbi ekspert Yevgeni Mixaylov zərbəyə davamlı inşa edilən Krım körpüsünün dron zərbəsi ilə niyə dağılmasına aydınlıq gətirərkən deyib.

“Suüstü dronlardan əsasən Qərb istehsalçıları - Britaniya, İsveç istifadə edir. Ukraynanın belə dronları yoxdur. Fraqmentlərdən hansı dronlardan istifadə edildiyi aydın olacaq. Krım körpüsünün partladılmasını Ukrayna həyata keçirib, başqa versiyalar yoxdur və heç vaxt olmayacaq. Bundan əvvəl Ukraynada hədiyyə gözlədiklərini açıqladılar, hətta layla da vəd etdilər və gecə saat 3-də terror aktı oldu”, - o bildirib.

Mixaylovun sözlərinə görə, bu hücum taxıl müqaviləsinin başa çatması fonunda baş verib:

“Müqavilənin uzadılacağına şübhə edirəm. Çünki bu hadisələrin fonunda Rusiya indi Ukrayna tərəfinə qarşı kütləvi, irimiqyaslı zərbələr endirəcək. Üstəlik, hesab edirəm ki, qərar qəbul edən mərkəzlərə zərbələr endirilə bilər. Bunu bütün Rusiya əhalisi gözləyir. İndi Putin müəyyən növ silahlardan dəfələrlə daha çox zərbə endirmək imkanını müzakirə edir”.

Qeyd edək ki, bu gecə Krım körpüsünə iki dron ilə hücum edilib. Nəticədə körpüdə dağıntılar baş verəb, iki nəfər isə ölüb.

Putin hadisə ilə bağlı müşavirə çağırıb.




Ana səhifəyə qayıt        Baxış: 3 654          Tarix: 17-07-2023, 17:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma