Xəbər lenti

“Makron səfərdən öncə çox tərəddüd edirdi. Onda elə təəssürat yaranıb ki, bu, heç bir prinsipial fayda gətirməyəcək. Yəqin ki, tərəddüd daxili vəziyyətin qarışıqlıqlığı ilə əlaqədardır”.

“Report” xəbər verir ki, bunu Fransanın Beynəlxalq və Strateji İşlər İnstitutunun Yaxın Şərq üzrə mütəxəssisi David Riqule-Roz “Sud Radio”ya müsahibəsində deyib.

Eyni zamanda, ekspert Fransa Prezidenti Emmanuel Makronun Qəzza məsələsində Qətər üzərindən yürütdüyü siyasətin verimliliyinə şübhə ilə yanaşıb:

O, Qətərin HƏMAS-la sıx münasibətlərinin mövcudluğuna diqqət çəkərək Dohanın illərlə Qəzza zolağındakı məmurların maaşını ödədiyini xatırladıb və bunun Fransanın siyasəti kontekstində suallar doğurduğu vurğulayıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron oktyabrın 24-də Fələstin Dövlətinə (İordan çayının qərb sahili), daha sonra isə İsrailə səfər edərək adıçəkilən ölkələrin liderləri – Mahmud Abbas və Binyamin Netanyahu ilə görüşəcək.




Ana səhifəyə qayıt        Baxış: 3 456          Tarix: 24-10-2023, 13:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma