Xəbər lenti

“Hazırda dünya ictimaiyyətinin diqqəti hətta Ukraynadan belə yayınıb, Cənubi Qafqaz isə ümumiyyətlə gündəmdə deyil. Fələstin-İsrail münaqişəsinin böyük regional müharibəyə çevriləcəyini düşünmürəm, çünki döyüşlər kifayət qədər uzun müddətdir davam edir və bütün tərəflər ehtiyatlı davranır".

Musavat.com xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Aleksandrov erməni mətbuatına müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, İran ancaq səs-küylü bəyanatlar verməklə məşğuldur, indiyədək ancaq iynələməkdən başqa bir şey etməyib.

Rus ekspertin fikrincə, Azərbaycan bu məqamdan istifadə edib Ermənistana qarşı hərbi əməliyyatlara başlaya bilər.

“Burada müdaxilə edə biləcək yeganə dövlət İrandır, lakin o, ancaq səs-küylü bəyanatlar verir. Hərəkətə keçmək lazım gəldikdə isə Tehran hansısa simvolik jestlərdən o yana keçmir.

Bunu nəzərə alsaq, Tehranın müdaxilə edəcəyinə qətiyyən əmin deyiləm. Rusiyadan da nəyi gözləyirlər anlamıram. Rusiya Ermənistana qarşı tamamilə məsuliyyətsiz siyasət aparır”, - deyə Aleksandrov söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 3 277          Tarix: 2-12-2023, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma