Xəbər lenti

Beynəlxalq müşahidəçilər seçki məntəqələrində monitorinqi davam etdirirlər.

APA xəbər verir ki, 7 saylı Səbail Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində olan rusiyalı ekspertlər seçki prosesini izləyiblər.

Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, hərbi ekspert İqor Korotçenko bugünkü seçkinin Azərbaycan üçün çox önəmli hadisə olduğunu vurğulayıb.

“Bu seçki Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, növbədənkənar prezident seçkisi Azərbaycanın bütün ərazisində, o cümlədən Qarabağda keçirilir”, - deyə hərbi ekspert qeyd edib.

Ekspert növbədənkənar prezident seçkisini Azərbaycanın gələcək həyatı üçün vacib vektor adlandırıb:

“Bu mənada, Azərbaycan xalqı seçkidə fəal iştirak edir”.




Ana səhifəyə qayıt        Baxış: 3 259          Tarix: 7-02-2024, 13:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma