Xəbər lenti

"İslamda dini nikah yoxdur" — İlahiyyatçı alimdən açıqlama

Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov 23 yaşlı qardaşı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub.



Baş verən bu hadisə sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

İslamda nikah varmı? İslam qohum evliliyini qəbul edirmi?

Bu suallara ilahiyyatçı alim Elşad Miri  cavab verib:

"İslamda dini nikah yoxdur. Nikahın dini, qeyri-dinisi olmur. Bugünkü "dini nikah"da tərəflərin, xüsusilə də qadının haqqı qorunmur. Nikah əqddir. Əqd müqavilədir".
Əminin öz qardaşı qızı ilə nikaha girməsinə gəldikdə isə ilahiyyatçı alim bildirdi ki, qohum evliliyi geniş məfhumdur:
"Konkret olaraq bir qız əmisinə ərə gedə bilməz. Bunu Quranı Kərimdə Nisa 4/23 konkret olaraq açıqlayır. Ayədə deyilir: Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan ögey qızları,-yox, əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir,-öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq haram edildi. Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir".

 
Azərbaycanda geniş yayılmış xalaqızı ilə xalaoğlunun, əmiqızı ilə əmioğlunun evlənməsi məsələsinə münasibət bildirən Elşad Miri qeyd etdi ki, bu barədə heç bir qadağa yoxdur.



Ana səhifəyə qayıt        Baxış: 586          Tarix: 5-04-2017, 10:21      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent