Xəbər lenti

                                                                  

Almaniyada hüquq-mühafizə orqanları erməni əsilli boksçular Karo Murat və Artur Abrahamı mafiya ilə əlaqələri olmaqda şübhəli bilir.

K.Murat 3 il əvvəl Erfurt şəhərində silahlı qruplaşmalar arasında atışmada iştirak etməkdə, A.Abraham isə bu ilin aprelində mafiya üzvləri ilə əlaqədə şübhəli bilinir.

MDR Thuringen nəşrinin məlumatına görə, K.Muratın adına qeydiyyatda olan qara rəngli “Mersedes” atışma yerində olub. Müşahidə kameraları isə əlində “beysbolka” və tünd rəngdı çanta olan şəxsi görüntüyə alıb. Erməni idmançı bu ittihamı rədd edir və bildirir ki, həmin hadisə baş verərkən o, Berlində olub.

Almaniya polisi hər iki boksçunun əlaqələrini və telefon danışıqlarını araşdırır.//Virtual.az




Ana səhifəyə qayıt        Baxış: 537          Tarix: 4-12-2017, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma