Fox News televiziyasının keçmiş əməkdaşı, xəbər aparıcısı Jülyet Haddi maraqlı sirrin üstünü açıb.
Ovqat.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, ABŞ prezidenti Donald Trampla bağlı hamının marağına səbəb olacaq bir hadisə danışıb.
Haddi iddia edir ki, 2005, ya da 2006-cı ildə Donald Tramp onu şam yeməyinə dəvət edib. Daha sonra "Trump Tower"in liftində aparıcının dodaqlarından öpmək istəyib. Aparıcı gözləmədiyi hərəkətə sərt reaksiya göstərib. Telekanal əməkdaşının sərt reaksiyası ilə üzləşən gələcək prezident, özünü yığışdırıb. Haddi bildirib ki, bundan sonra onlar bir daha təklikdə görüşməyiblər, Tramp da həmin hərəkətini bir də təkrarlamayıb.
Maraqlısı odur ki, Trump hazırkı həyat yoldaşı Melani ilə 2005-ci ilin yanvar ayında evlənib. Baş verən hadisə də onlar evlənəndən sonraya təsadüf edir.
Paylaş: