Xəbər lenti

Səid Cəfəri

“Al-Monitor” (ABŞ )

 

İranın sabiq prezidenti Mahmud Əhmədinejad məhkəmə hakimiyyəti başçısı Ayətullah Sadiq Amoli Laricani və onun qardaşı, parlament sədri Əli Laricanini hədəf alan mübahisəli şərhləri ilə, bir daha gündəmə damğasını vurub. Söz müharibəsi yenə də Əhmədinejadın tipik strategiyasını əks etdirir, nüfuzlu siyasi ailəyə hücum etməklə, o, ictimai fikirdə məşhurluğunu artırmaq istəyir. Beləliklə, Laricani klanına etdiyi son həmlələr sabiq prezidentin siyasi həyatındakı yeni bir fəsil kimi nəzərdən keçirilə bilər.

Əhmədinejada yaxın bir neçə şəxs maliyyə fırıldağı ittihamı ilə əlaqədar həbssiz mühakimə ilə qarşı-qarşıya qalıb. Lakin Əhmədinejad bunu məhkəmə hakimiyyətinin ona və müttəfiqlərinə təzyiq göstərmə olduğunu iddia edir. 26 oktyabr tarixli açıq məktubda o, köhnə tərəfdaşı Həmid Bəqayinin istintaqa çağırılmasını tənqid edərək, məhkəmə rəsmilərini səlahiyyətlərini "öz şəxsi məqsədlərinə xidmət vasitəsi" olaraq istifadə etməkdə günahlandırıb.

Bəqayi 2011-13-ci illərdə Əhmədinejadın vitse-prezidenti olub.

Əslində, bu, Əhmədinejadın məhkəmə hakimiyyətini tənqid etdiyi ilk məktub deyil. Ayətullah Laricaniyə ünvanladığı 25 sentyabr tarixli məktubda Əhmədinejad yazıb: "Sizin qardaşınız [Əli Laricani] 2021-ci ilin prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır və o, məni bu yolda əsas maneə olaraq görür. Nə üçün biz [Əhmədinejad və onun əməkdaşları] onun siyasi gündəminin qurbanı olmalıyıq?"

Eyni zamanda, noyabrın 16-da qeyri-rəsmi "Dolat-e Bahar" veb-səhifəsində da yayımlanan bir videoda Əhmədinejad İranın məhkəmə və qanunverici hakimiyyətlərinə qarşı ən sərt tənqidlərini ortaya qoyub. Həmin klipdə Əhmədinejad Laricani qardaşlarını açıq şəkildə ikinci prezidentliyi dövründə onu devirmək üçün sövdələşdiyini bildirib. Eyni videonun başqa bir hissəsində isə, o, 2011-ci ildə Tehranda Böyük Britaniya səfirliyinə edilən hücumun Böyük Britaniyanın kəşfiyyatı və İran daxilindəki bəzi elementlərin əməkdaşlığı ilə baş tutduğunu iddia edib.

Lakin Əhmədinejadın siyasi şousu bununla bitməyib. İctimaiyyətlə əlaqələr sahəsində mütəxəssis olan sabiq prezident və onun müttəfiqləri Tehranın cənubundakı Şah Əbdül-Əzim ibadətgahında oturaq etiraz aksiyası keçirməklə, müqəddəs yerə sığınma taktikasına müraciət ediblər. Bu çoxəsrlik etiraz formasının kökü Qacar dövrünə (1799-1925) gedib çıxır və İran hökmdarı Nəsrəddin şah Qacar (1848-1896) dövründə öz hüquqlarını müdafiə etmək və səlahiyyətlərini gücləndirmək üçün xüsusilə ruhanilər tərəfindən geniş istifadə edilib.

Bəqayi noyabrın 15-də, Əhmədinejad, İsfəndiyar Rəhim Məşayi, keçmiş prezidentin işçi heyətinin başçısı ertəsi gün ona qoşulublar.

Amma bu şounun siyasi məqsədi nə idi?

Siyasi tarixinə nəzər saldıqda görünür ki, daha böyük və daha güclü siyasi xadimlərə hücum edərək Əhmədinejad həmişə xal qazanır. Məsələn, prezident Əli Əkbər Haşimi Rəfsəncaninin ikinci rəhbərlik dönəmində (1993-97) Əhmədinejad Rəfsəncaninin qubernatorlarından biri idi. O, 2000-ci il fevral parlament seçkilərində Rəfsəncani kimi eyni seçki siyahısına daxil edilmişdi. Ancaq zaman keçdikcə Əhmədinejad Rəfsəncaniyə hücum etmənin lazım olduğunu başa düşdü. Beləliklə, 2005 və xüsusilə 2009-cu ilin prezident seçkilərində Rəfsəncani və onun uşaqlarını hədəf alaraq bu məqsədə nail olmağa çalışdı. 2009-cu ildə müzakirələr əsnasında səriştəsizlik və korrupsiyada ittihamlanan Əhmədinejad özünü Rəfsəncani ilə kəllə-kələ gələ bilən günahsız, lakin cəsarətli bir şəxs kimi səciyyələndirdi.

Bu yanaşma ona xüsusilə İran cəmiyyətinin aşağı sinifləri arasında böyük hörmət qazandırıb. Eyni zamanda, o, cəmiyyətə, siyasi səhnədə mövcudluğu ilə, güc və sərvət mərkəzlərində qorxu yaratması inamı aşılamağa çalışır.

Rəfsəncani bu ilin yanvar ayında vəfat etdikdən sonra Əhmədinejad diqqətini Laricanilərə çevirib və eyni strategiyadan istifadə edir. Noyabr 15-də Şah Əbdül-Əzim ibadətgahında çıxışı zamanı Əhmədinejadın deyib: "Biz Laricani ailəsinə qarşıyıq… Biz ölkənin onların əlinə düşməsini istəmirik… Onlar adamlara təzyiq göstərir və əcnəbilərə təvəkkül edirlər".

Məhkəmə və parlament rəhbərləri – Laricani ailəsinə verdiyi diqqətlə Əhmədinejad sadəcə bir siyasi ailəni hədəf almır, həm də mövcud problemlərə görə məsuliyyəti onların boynuna qoymağa çalışır. Göründüyü kimi, Əhmədinejadın bu yoldan çıxmağın heç bir niyyəti yoxdur, bəlkə də, ehtimal ki, yenilənən siyasi əhəmiyyətə malikdir. Belə olduğu təqdirdə, sabiq prezident özünü qurban kimi təsvir etməyə davam edir, ictimaiyyətlə birlikdə, İran siyasətində köklü və güclü ailələrə qarşı mübarizə aparmağı planlaşdırır.

Həmid Bəqayi içində sənədlər olan qırmızı zənbillə istintaqa gedir

 

Həqiqətən də, noyabrın 23-dən “Dolat-e Bahar”da yayımlanan başqa bir videoda Əhmədinejad Laricaniyə hücumlarını artırıb. O həm də məhkəmə hakimiyyətini ədalətsizlikdə günahlandırıb, müttəfiqlərinə qarşı şəxsi qərəz olduğunu iddia edib. Halbuki ikinci dönəminin son günlərində, daha doğrusu, 3 avqust 2013-cü il tarixində Əhmədinejadın yeni universitet yaratma layihəsini dəstəkləmək üçün hökumət fondlarından 4,8 milyon dollar vəsait ayırmış Həmid Bəqayi bu ittihamı qəbul edib. Amma həmin məbləğ sonradan prezident Həsən Ruhaninin hökuməti tərəfindən xəzinəyə qaytarılıb.

Bununla belə, Əhmədinejadın müttəfiqlərinə qarşı korrupsiya iddiaları artır, səkkiz illik iqtidarı dövründə yol verdiyi xətalar gün işığına çıxır. Ancaq o, hücumları davam etdirir.

Noyabrın 28-də Əhmədinejad Ali Rəhbər Ayətullah Əli Xamneiyə açıq bir məktub yazıb və Həsən Ruhani hökumətini tənqid edib. Əhmədinejad İran cəmiyyətinin əlverişli bir vəziyyətdə olmadığını və Ruhani ilə şəxsi görüşlərindən sonra məmnun qalmadığını bildirib, insanların məhkəmə sisteminə artıq inanmadığını sözlərinə əlavə edib.

Əhmədinejadın siyasi manevrləri əsla təəccüb doğurmur. Onun üçün oyun qaydası dəyişməyib. Yalnız əks tərəfin oyunçusu dəyişib. Dünən Rəfsəncani, bu gün Laricanilər…

 

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 456          Tarix: 12-12-2017, 16:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma