Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Səudiyyə Ərəbistanından olan 2 tələbə ölümlərindən sonra ABŞ-da qəhrəmana çevriliblər.
Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərə görə, buna səbəb müsəlman gənclərin öz canları bahasına çayda boğulan uşaqları xilas etmələri olub. Teb əl-Yami (27 yaş) və Cazer əl-Raka (25 yaş) Massaçusets ştatında təbiət qoynunda gəzərkən təlaş içərisində Çikopi çayının axının apardığı uşaqlarını səsləyən ananı görüblər. Düşünmədən suya atılan gənclər uşaqları xilas edə bilsələr də,axın gücləndiyi üçün özləri sudan çıxa bilməyiblər. Onların cəsədləri yalnız bir neçə gün sonra xilasedicilər tərəfindən aşkarlanıb.
Məlum olub ki, qohum olan Teb və ABŞ-da inşaat və mühəndislik üzrə təhsil alırmışlar.
ABŞ Dövlət Departamenti qəhrəmancasına dünyalarını dəyişən müsəlmanların doğma və yaxınlarına başsağlığı verib. Rəsmi bəyanatda qeyd edilir ki, onların cəsurluğu Amerika ictimaiyyətini zənginləşdirən xarici tələbələrdə olan bütün yaxşılıqların təcəssümüdür.
P.S. Müsəlmanların ABŞ-a girişinə qadağa qoyan Tramp adam kimi düşünsə, bəlkə bundan sonra səhvini anlaya...
Sultan Laçın
ABŞ Dövlət Departamenti olayla bağlı bəyanat yayıb...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar