Nezavisimaya gazeta, 19.07.2018
Beynəlxalq Valyuta Fondunun (BVF) bu yaxınlardakı proqnozu göstərir ki, analitiklər Rusiya hökumətinin vətən iqtisadiyyatında irəliləyiş təşkil etmək və 2024-cü ilə doğru dünyanınkından yüksək tempə nail olmaq çağırışlarına hələlik etinasızlıq göstərirlər.
Nə ÜDM artımının sürətləndirilməsi üzrə İqtisadi İnkişaf Nazirliyinin dərc edilən planı, nə sərt böhran dövründəkindən iki dəfə yüksək neft qiymətləri(2016-nın əvvəlində barrelə 34 dollar və iyulda 70 dollardan yuxarı)yardım edir.
BVF ekspertləri “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” iyul bülletenində Rusiya iqtisadiyyatının inkişafını əvvəlkitək 2018-ci ildə 1,7% və 2019-da 1,5% proqnozlaşdırırlar.
Bununla yanaşı, dünya iqtisadiyyatlarından bu iki ilin hər birində 3,9% diribaşlıq gözləyirlər. Əslində, RF-nin də aid edildiyi inkişaf etməkdə olan ölkələrdə artım orta hesabla 5% təşkil edəcək. Hətta Rusiya nəzərə alınmadan götürülən MDB ölkələri 3,6% artım sərgiləyir, RF-nin pis göstəriciləri üzündən ölkəmiz nəzərə alınmaqla MDB-də artım 2,2% olacaq.
BRHÇC üzrə tərəfdaş – Braziliya – 2017-ci ildə artım üzrə Rusiyadan geri qalıb (RF-nin ÜDM-i 1,5%, Latın Amerikası ölkəsininki isə yalnız 1% artıb). Amma BVF artıq 2019-da Braziliyaya 2,5% artım vəd edir, halbuki Rusiyanınkı yenə də 1,5% olacaq.
Artıq BRHÇC tərkibindəki Hindistan və Çin kimi azmanların nəyindən danışaq: ÇXR-ə keçn ilki 6,9%-dən 2019-da 6,4%-ədək müəyyən ləngimə vəd edilir, amma, bax, Hindistan isə bir ildən sonra fantastik 7,5% artımda olacaq.
Təəssüf ki, beynəlxalq analitiklərin fikrincə, Rusiya daxili məhsulunun zor-bəla hiss olunası plyusu iki-üç ilin perspektivi deyil. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 2030-a qədər dünya iqtisadiyyatının inkişafını 3,4%, Rusiyanınkını isə 0,7% səviyyəsində dəyərləndirib. Bu dəyərləndirmə ilk dəfə hələ martda verilib və RF hökumətinin iqtisadi blokunun məmurlarını hiddətləndirib.
Hökumətlə məsləhətləşmələrdən və hesablamaları dəqiqləşdirəndən sonra Rusiyada 2018-2030-cu illərdə adambaşına ÜDM artımnın potensial yüksəliş qiyməti İƏİT məruzəsinin final versiyasında hələ 0,5%-ədək azaldılıb.
Analitiklər diqqət yetirirlər ki, İƏİT-in nəzərdən keçirdiyi 45 ölkədən təkcə yaxın 12 ilə deyil, həm də 2060-cı ilədək potensial artımın ən aşağı qiyməti Rusiyanınkı olub.
Vətən iqtisadiyyatının yeganə ümidi dünya böhranını gözləməkdir – onda həsrətində olduğumuz 2%-də duruş gətirə bilsək, RF-nin göstəriciləri dünya səviyyəsinə yaxınlaşardı: İƏİT 2030-2060-cı illərdə kürəsəl iqtisadiyyatın potensial artımını 2,4% dəyərləndirir. Düzdür, bu təşkilatda həmin üfüqdə Rusiyaya 1,2%-dən çox güman etmirlər. İqtisadi İnkişaf Nazirliyinin uzunmüdətli proqnozları hazırda siyasi dövrəyə bağlıdır, buna görə də ən yaxın altı ilin görünüşü nəzərdən keçirilir.
İqtisadçılar hesablayıblar ki, RF İqtisadiyyat Nzirliyinin sosial inkişaf planına uyğun olaraq 2018-2024-cü illərdə ÜDM-in ortaillik artımı bu dövrdə 2,6% təşkil etməlidir, amma analitiklərin çoxu bu rəqəmi artırılmış sayır və həmin 1,5-2%-in gerçəkliyindən çıxış etməyi irəli sürürlər.
Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyi 2016-cı ildə idarənin başçısı hələ Ulyukayev olarkən 2035-ci ilədək proqnoz hazırlayıb və bu, Rusiya isteblişmenti üçün şok olub. Onun iki variantının “baza” və “baza+” (neft qiymətləri proqnozlarıyla fərqlənir – barrelə 55 və 76,7 dollar) nəticələri praktik olaraq üst-üstə düşüb – ildə 2%-ə yaxın artım. O dövrdə bu fikri qəbul etmək çətin idi ki, böhrandan heç bir çıxış olmayacaq, ölkə isə uzun illər “sıfır”ın yanında veyillənəcək.
Versiyalardan birinə əsasən, həmin öndeyim Ulyukayevə təkcə vəzifəyə deyil, həm də azadlığa başa gəlib. İndi belə çıxır ki, “Tversk dustağı” haqlı imiş və özünün həmin məşum proqnozuyla müəyyən dərəcədə nikbinlik saçırmış.
Tərcümə Strateq.az-ındır.
Paylaş: