Xəbər lenti

 

Amerikanın ən qədim və dünyanın ən nüfuzlu universitetlərindən biri sayılan Harvard universitetinə daxil olan fələstin əsilli bir gənc ABŞ-a girişinə yasaq qoyulub. 
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
Özünün jurnalistlərə söylədiyi kimi, İsmayıl Əcəvi Boston hava limanına çatdıqda xüsusi xidmət əməkdaşları tərəfindən bir neçə saat ərzində saxlanılaraq dindirilib.  Gənc müsəlmanın telefonu və dizüstü kompüterində axtarış apardıqdan sonra onun vizası ləğv olunub və müəslman gənc "ABŞ üçün arzuolunmaz şəxs" elan edilib. 
Məlum olub ki, ABŞ hakimiyyətinin bu qərarına səbəb fələstinli oğlanın dostlarının sosial şəbəkələrdəki siyasi şərhləri olub. İsmayıl özü isə bu günədək  heç bir siyasi mesaj və şərh yayımlamadığını bildirib.
Xülasə, bu minvalla Harvard təqaüdünə layiq görülən 17 yaşlı oğlan vətəninə- Livana qayıtmaq məcburiyyətində qalıb.  Universitet nümayəndələri də öz növbəsində fələstinli gənc və ailəsi ilə əlaqə saxladıqlarını və sentyabrın 3-də tədris ili başlamazdan əvvəl "problemin həll ediləcəyinə" ümid etdiklərini bildiriblər.



Ana səhifəyə qayıt        Baxış: 293          Tarix: 29-08-2019, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma