Xəbər lenti


Rusiya Dövlət Dumasının sabiq deputatı, erməni əsilli siyasi ekspert Semyon Baqdasarov Nikol Paşinyanla bağlı açıqlamalar verib.
 
O , jurnalist Vladimir Solovyevun müəllif verilişində Qarabağ döyüşlərinə müdaxilə etməsi üçün Moskvanın Ermənistan tərəfinə irəli sürəcəyi şərtləri sadalayıb.


“İlk olaraq, Ermənistanın idarəetmə sistemində ABŞ erməniləri önəmli postlar tutur. Bu Sorosun planıdır.
Tələbimiz: Rusiyayönlü siyasət aparmaq, siyasi sistemdə Rusiyadan olan ermənilərə yüksək vəzifələr vermək.
 
İkincisi – Gümrü bazası azdır. Ermənistan Yaxın Şərqə yaxın yerləşən önəmli ərazidir. Burada daha 2-3 hərbi baza yaratmalıyıq ki, strateji aviasiyamız Mozdokdan deyil, Yaxın Şərqə yaxın mövqelərdən havaya qalxsın.
                                        
Üçüncüsü – Rus dilinin tədrisi, rusdilli KİV-in fəaliyyəti və s. üçün geniş imkanların yaradılması daxildir”.

  modern.az



Ana səhifəyə qayıt        Baxış: 2 589          Tarix: 29-09-2020, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma