Xəbər lenti

 

ABŞ Fort-Breqqedə (Şimali Karolina ştatı) yerləşdirilmiş 82-ci hava-desant diviziyasının tərkibindəki 4 mindən çox hərbi qulluqçunu Küveytə göndərməyə başlayıb.

“Associated Press” agentliyinin xəbərinə görə, bu hərbi birləşmənin yerdəyışməsi İran generalı Qasım Süleymaninin öldürülməsinə görə bölgədə yaranmış gərginliyin artmasına cavab olaraq həyata keçirilir.

Agentlik bununla bağlı 82-ci hava-desant diviziyasının rəsmi nümayəndəsi, polkovnik-leytenant Mark Bernsə istinad edir. Onun məlumatıına görə, təxminən 700 hərbi qulluqçu artıq Küveytdədir. Daha 3,5 min desantçı bir neçə gün ərzində Yaxın Şərqə göndəriləcək.




Ana səhifəyə qayıt        Baxış: 388          Tarix: 5-01-2020, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma