Xəbər lenti

 

Böyük Britaniyanın “Daily Express” nəşri ABŞ-ın 20 dəqiqəyə Moskvanı vura biləcək bir raket istehsal etdiyini bildirib.
 
Ovqat.com xəbər verir ki, AGM-183A adlanan bu qanadlı raketin sürəti Mach 20-dən çox olacaq. 
 
Nəşr müəlliflərinə görə, bu, ABŞ-ın hipersəsli texnologiyalarda Rusiyanı keçmək üzrə olduğu anlamına gəlir. 
 
Yeni raket hava-yer tiplidir, yəni səmadan yerdəki hədəfə göndərilir. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinin (Hava Qüvvələri) B-52H Stratofortress strateji bombardmançıları bu raketlərlə təmin olunacaq. 



Yaxın gələcəkdə raketlərin sınaq uçuşlarının başlayacağı bildirilir.
 
Mütəxəssislərə görə, ABŞ-ın kəşf etdiyi bu yeni raket Moskvanın 5 il bundan əvvəl mövcudluğunu bəyan etdiyi “Xənçər”lərinə və “RS-28 Sarmat”larına cavab məqsədilə hazırlanıb.
 
"The Telegraph" qəzeti 2016-ci ildə yazırdı ki, Rusiyanın yeni raketlərin zərbəsi o qədər güclüdür ki, bir atışla Böyük Britaniyanı və Fransanı Yer üzündən silə bilər. “RS-28 Sarmat” raketlərinin 2011-ci ildə sifariş edildiyi və 2018 -ci ilədək istifadəyə veriləcəyi  bildirilirdi. İstilik-nüvə başlıqlığı da daşıya bilən “RS-28 Sarmat”-lar Qərb hərbiyyəsi tərəfindən "Şeytan-2" ( Satan 2 ) adlandırılmışdı. Çünki 1970-ci illərdə buraxılmış RS-36M raketlərinə NATO rəsmiləri "Şeytan" raketi adını vermişdilər.


 
"The Telegraph" Rusiya mediasına istinadən yazırdı ki, bu raket 10 tonluq nüvə yükü daşımaq qabiliyyətinə malikdir. “Sarmat” raketinin Hirosima və Naqasakiyə atılmış atom bombalarından 2000 dəfə güclü partlayış çıxara biləcəyi vurğulanırdı.
 
Bəzi məlumatlara görə, Rusiya səsdəniti nüvə başlığını 2016-cı ilin aprelində sınaqdan çıxarıb. "Şeytan-2" raketlərinə məhz bu başlıqların keçiriləcəyi güman edilir.
 
Bu da xəbər verilirdi ki, sözü gedən raketi radarla tutmaq mümkün olmayacaq, çünki onun uçuş trayektoriyası naməlum qalacaq.
 
"Şeytan-2" raketinin "Şeytan-1"-dən daha sürətli uçacağı düşünülür.
 
ABŞ-ın yeni raketinin sürətdə və dağıdıcılıq qabiliyyətində Rusiyanın keçmək üzrə olması barədə iddialar AGM-183A-ların nə qədər nəhəng olduğundan xəbər verir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 251          Tarix: 4-04-2021, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma