Xəbər lenti

 

Bu gün Ukraynanın kompüter sistemlərində yayılan naməlum virus onlarla dövlət qurumunun və özəl şirkətin fəaliyyətini iflic edib.

Ovqat.com lent.az-a istinadən xəbər verir ki, irimiqyaslı haker hücumu nəticəsində Ukrayna banklarının, enerji şirkətlərinin, dövlət və media qurumlarının internet resursları və lokal şəbəkələrin işi bloklanıb.
Kiberhücuma məruz qalan qurumlar arasında "Oşşadbank", "Ukrqazbank", "Pivedennıy", OTR, "TASKombank" bankları, DTEK, "Kievenerqo", "Ukrenerqo" enerji şirkətləri, "Borispol" hava limanı, "Ukrtelekom", "Ukrpoçta", "Kievvodokanal", həmçinin "Kievstar", "Vodafone" və "Lifecell" mobil operatorları, "Lyuks" teleradioşirkəti, ATR kanalı, UMH holdinin media resursları var. Ukrayna Nazirlər Kabinetinin kompüter sistemləri və hökumətin saytı da işləmir.
İT mütəxəssisləri virusa yoluxmadan sığortalanmaq üçün yenilənmiş antivirus proqramlarından istifadə etməyi, naməlum mənbələrdən proqramlar yükləməməyi, elektron poçt ünvanı və sosial şəbəkələrdən gələn şübhəli linklərə daxil olmamağı məsləhət görürlər.
Maraqlıdır ki, kiberhücum bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində törədilən partlayışla üst-üstə düşüb. Solomensk rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı maşın partladılması nəticəsində sürücü - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapoval öldürülüb. Hadisənin terror aktı olduğu güman edilir. Faktla bağlı təhqiqat aparılır.




Ana səhifəyə qayıt        Baxış: 788          Tarix: 27-06-2017, 20:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma