Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisi Ruslan Xomçak istefaya gedir.
Ovqat.com-un məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə Sərəncam imzalayıb.
Zelenskinin mətbuat katibi Sergey Nikiforov iddia edir ki, Prezident Administrasiyası Xomçakın işindən razı deyildi, buna görə də belə bir qərar verilib.
Xomçakın yerinə Valeri Zalujnı təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Uktaynanın Daxili İşlər naziri, Bakı ermənisi Arsen Avakov da istefa ərizəsi yazmışdı. Zelenskinin güc strukturlarında kadr islahatlarına start verməsi kreslosunu təhlükədə hiss etdiyindən xəbər verir. Bu da başadüşüləndir. ABŞ və Avropadan istədiyi dəstəyi ala bilməyən Zelenskinin bütün xarici və daxili siyasəti iflasa uğramış durumdadır. Hakim komandanın Rusiyanın xeyrinə dövlət çevrilişinə əl atmaq ehtimalı getdikcə güclənir. Görünür, Zelenski də öz kreslosunu möhkəmlətməyə çalışır.
O da mümkündür ki, Rusiya ilə kompromisə gedən Qərb ölkələri də əl-ayağa dolaşan Ukrayna hakimiyyəti ilə uzaqlaşmaq fikrinə düşə bilsin.
Zelenskinin özünün tamamilə fərqli siyasi kursa meyllənmə ehtimalı da istisna deyil.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar