Xəbər lenti

 
Kabil hava limanı yaxınlığında ən azı 2 partlayış olub.
 
Ovqat.com-un məlumatına görə, “Taliban”a yaxın dairələr partlayışlar nəticəsində 13 nəfərdən çox insanın öldüyünü bildirib.
 
Türkiyə Milli Müdafiə Nazirliyi də faktı təsdiqləyib, partlayışların Türk hərbi kontingentinə heç bir zərər vurmadığını vurğulayıb.
 
Partlayışlardan birinin təxliyəsini gözləyən ABŞ vətəndaşlarının qaldığı hotelin qarşısında baş verdiyi qeyd olunur. Rəsmən təsdiqlənməsə də, zərərçəkənlər arasında ABŞ vətəndaşlarının da olacağı istisna edilmir.
 
Bəzi məlumatlara görə, partlayışları İŞİD kamikadzeləri törədib.


Ana səhifəyə qayıt        Baxış: 3 420          Tarix: 26-08-2021, 19:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma