Xəbər lenti

Sentyabrın 20-də Ukraynanın Lvov vilayətinin Yavorovo rayonunda NATO-ya üzv ölkələrin iştirakı ilə “Rapid Trident” adlı birgə hərbi təlim başlayıb.

“Report” “dw”yə istinadən xəbər verir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təlimlər oktyabrın 1-də başa çatacaq.

Məlumata görə, hərbi tədbirdə ABŞ və Ukrayna ilə yanaşı, Almaniya, Böyük Britaniya, Türkiyə, Litva, Moldova, Polşa, Kanada, Rumıniya, Bolqarıstan, Pakistan, Gürcüstan, İtaliya və İordaniya dövlətlərinin hərbçiləri iştirak edirlər.

Təlimə 15 ölkədən 6 minə yaxın əsgər qatılıb.


Ana səhifəyə qayıt        Baxış: 2 042          Tarix: 20-09-2021, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma