Xəbər lenti

 
Ukrayna Silahlı Qüvvələri Donbassda döyüş əməliyyatları zamanı ilk dəfə “Javelin” tank əleyhinə raket kompleksindən istifadə edib. 
 
Ovqat.com-un məlumatına görə, bu barədə Amerikanın “Military Times” nəşrinin baş redaktoru Hovard Altman Twitter paylaşımında bildirib.
 
Altman iddia edib ki, o, Ukrayna hərbçilərinin Javelin sistemindən istifadəsinə dair məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovdan alıb.
 
"Budanov mənə dedi ki, Ukrayna qoşunları döyüşdə Javelindən istifadə edib", - Altman yazıb.

]
 
Xatırladaq ki, oktyabrın 22-də Kiyev daha bir silah partiyası alıb. Yeni silah paketi Javelin buraxılış qurğuları, eləcə də onların raketlərdən ibarətdir. Bu partiyada tədarük edilən silah və sursatların dəqiq miqdarı məlum deyil. 2018-ci ildə ABŞ Kiyevə 37 Javelin atıcı qurğusu və 210 raket tədarük edib. Amerikalılar bununla yanaşı, Ukraynaya əks-aktareya döyüşü üçün radiolokasiya stansiyaları, atıcı silahlar, döyüş sursatları, rabitə və gecəgörmə cihazları, eləcə də digər hərbi texnikalar veriblər.
 
Bununla belə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu gün “Military Times”da dərc olunan açıqlamasında ABŞ-ın yardımlarının və vədlərinin Rusiyaya qarşı döyüşmək üçün kifayət etməyəcək, Moskvanın isə yanvar ayının sonlarına qədər müharibəyə başlaya biləcəyini bildirmişdi.


Ana səhifəyə qayıt        Baxış: 5 498          Tarix: 21-11-2021, 22:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma