Xəbər lenti
Bu gün, 21:23
Bu gün, 20:40
Bu gün, 17:20
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
Bu gün Britaniyanın üçüncü hərbi nəqliyyat təyyarəsi Ukrayna hərbi aerodromlarına enib.
Ovqat.com xarici mediaya istinadən xəbər verir ki, həmin təyyarələrdə Ukraynaya tank əleyhinə komplekslər gətirildiyi iddia olunur.
Bir çox mütəxəssislər isə bu mülahizəyə şübhə ilə yanaşırlar. Onların fikrincə, İngiltərənin ən sərrast tankəleyhinə raket sistemi sayılan “Brimstone” kompleksini daşımaq üçün belə, 3 yük təyyarəsinə ehtiyac yoxdur. Üstəlik, bu 3 təyyarə bir-birinin ardınca hava limanına enib. Mütəxəssislər bu fakta əsaslanaraq Böyük Britaniyadan Ukraynaya naməlum ağır silah kompleksi daşındığını düşünürlər.
İddialara görə, təyyarələrdə bir qrup ingilis hərbçisi də Ukraynaya göndərilib. Bundan əvvəl Kanadadan 200 civarında xüsusi təyinatlıların da Ukraynaya göndərildiyi bildirilirdi. Hərbi ekspertlər bu dislokasiyaların təsadüfi olmadığını, NATO-nun bu ölkədə öz hərbi qüvvələrini topladığını, yaxın günlərdə Donbassı işğaldan azad etmək üçün əməliyyata hazırlaşdığını düşünürlər.
NATO-nun Ukraynada bu dislokasiyası qarşısında Rusiya da boş dayanmaq fikrində deyil. Məlumata görə, Rusiya qonşu Belarus ərazisinə ən azı 12 Su-35 qırıcısı təyyarəsi, iki S-400 “Triumf” hava hücumundan müdafiə sistemi diviziyası və bir “Pantsir-S” hava hücumundan müdafiə kompleksi diviziyası göndərməyi planlaşdırır.
Bildirilir ki, hazırda Belarusa müxtəlif növ hərbi texnikalar, o cümlədən çoxsaylı raket sistemləri, tanklar, piyadaların döyüş maşınları və s. də yerləşdirilir.
Rusiya və Belarus hərbi dairələri sözügedən texnika və silahların irimiqyaslı hərbi təlimlərə qatılmaq üçün bu ölkəyə göndərildiyini iddia etsələr də, bu iddia da daha çox bəhanəyə oxşayır. Əsl məqsəd isə NATO qüvvələrinin yerləşdiyi Polşa, Litva, Latviya və Ukrayna kimi ölkələrin hava məkanını tam nəzarət altına almaq ola bilər.
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin sözlərinə görə, “təlimlər” beş poliqonda və dörd hərbi aerodromda keçiriləcək. “Qoşunların praktiki hərəkətləri Domanovski, Qojski, Obuz-Lesnovski, Brestski və Osipoviçski poliqonlarında, həmçinin Belarus Respublikası müəyyən ərazilərində keçiriləcək. Baranoviçi, Luninets, Lida və Maçulişçi aerodromlarından da istifadə edilməsi planlaşdırılır”, - Fomin bildirib.
Ehtimallara görə, Rusiya silahlarının bir hissəsi Belarus ərazisində qalacaq, söhbət əsasən Pantsir-S1 komplekslərindən gedir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar