Xəbər lenti

Rusiya hərbçiləri Ukraynanın Xarkov əyalətinin İzyum şəhərini bombalayıb.

“Report”un UNİAN-a istinadən məlumatına görə, bu barədə şəhərin meri Volodimir Matsokin bildirib. O, Rusiya hərbçilərinin şəhərə növbəti hücumu barədə məlumat verib. Volodimir Matsokinin sözlərinə görə, atəş nəticəsində ölənlər var.

Mer bildirib ki, hücum yerli vaxtla saat 23:59 radələrində başlanıb, hündürmərtəbəli binaya və fərdi yaşayış evinə zərbə endirilib. Fərdi evdə azı 8 mülki şəxs həlak olub. Onlardan ikisi uşaqlardır.



Ana səhifəyə qayıt        Baxış: 3 293          Tarix: 3-03-2022, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma