Çin hökuməti Birləşmiş Ştatları Tayvana silah tədarükünü dayandırmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bu çağırışı ABŞ Dövlət Departamentinin Tayvana növbəti silah satışına icazə verməsi ilə bağlı qərarını şərh edərkən səsləndirib.
Onun sözlərinə görə, Tayvana silah tədarükü Çinin suverenliyini pozur, regionda vəziyyətin gərginləşməsinə səbəb olur.
“Çin bu vəziyyətlə bağlı kəskin narazılığını və qəti etirazını bildirir. Həmçinin Pekin öz suverenliyinin və təhlükəsizlik sahəsində maraqlarının müdafiəsi üçün effektiv tədbirlər görəcək”, - deyə diplomat bildirib.
Xatırladaq ki, bir müddət öncə ABŞ Dövlət Departamenti Tayvana F-16 qırıcılarında istifadə olunan raketlərin mümkün satışına icazə verib. Tayvan rəsmiləri Birləşmiş Ştatlardan radar əleyhinə 100 ədəd HARM və hava-hava tipli 200 ədəd AMRAAM raketləri, həmçinin digər sistemlər və ehtiyat hissələri almaq istəyir. Baş tutacağı təqdirdə 619 milyon dollarlıq sövdələşmə Tayvanın hava hücumundan müdafiə qabiliyyətini xeyli artıracaq.
Paylaş: