“Rusiya ordusunun Ukraynanın Donbas vilayətinin Baxmut şəhərinə hücumu ciddi səviyyədə azalıb”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən açıqlayıb.
Bildirilib ki, bunun müxtəlif səbəbləri var: “Birincisi, Rusiya hərbi qüvvələri ciddi itkilər verib. Həmçinin Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” muzdlu hərbi qruplaşması arasında yaranan gərginlik də əməliyyatların keyfiyyətinə mənfi təsir göstərir”.
Britaniya xüsusi xidmət orqanlarının əldə etdiyi məlumata görə, Rusiya, çox güman ki, diqqətini Baxmutun cənubundakı Avdiivkaya və şimaldakı Kremina-Svatove istiqamətinə yönəldəcək.
Qeyd olunub ki, döyüşlər nəticəsində Ukrayna da ciddi itkilər verir.
Xatırladaq ki, Baxutda təxminən 7 aydır gərgin döyüşlər davam edir.
Paylaş: